GƏNCƏM, HEY... (Əhməd Cavad)
Описание
GƏNCƏM, HEY... (Əhməd Cavad)
Bura Şahsevəndi, bura Bağmandı,
Bura Sərdar bağı, bura Ozandı!
Görənlər bilənlər sana heyrandı!
Bəzənsin çöllərin, Gəncəm, Gəncəm, hey!..
Nizami gələrmi bir də cahana?!
Sənə oğul oldu, sən ona ana!
Neçə cahangirə, neçə arslana
Toy tutdu əllərin, Gəncəm, Gəncəm, hey!..
Sən Dədə Yedyarın yadigarısan!
Sınıq könüllərin payidarısan!
Yağının qənimi, dostun yarısan!
Söylənir fellerin, Gəncəm, Gəncəm, hey!..
Ziyadxan evləri cərgə-cərgədi,
Hər çinar qoynunda bir sərkərdədi!
Sazında, sözündə pərdə-pərdədi
Qovğalı illərin, Gəncəm, Gəncəm, hey!..
Üstünə gələnlər gəlməz özünə!
Bir başına döyər, bir də dizinə!
Ox kimi süzərək - xain gözünə
Sancılar millərin, Gəncəm, Gəncəm, hey!..
Mən nəyə söykənim, nəyə inanım!
Bir sana, tək sana gəlir gumanım!
Bu Cavad qalası dinim, imanım -
Açılsın güllərin, Gəncəm, Gəncəm, hey!..
Başının üstündə Ulduz - Ayın var!
Hər günü bir tarix ilin, ayın var!
O tay - bu tay axan Gəncə çayın var!
Car olub sellərin, Gəncəm, Gəncəm, hey!..
Keşiş ağlar qoydu Zəhra ananı!
Soldurdu, saraltdı o natəvanı!
Əslin köçüb getdi, Kərəmin hanı?
Danışsın dillərin, Gəncəm, Gəncəm, hey!..
Düşmənim, inşallah, hər vaxt xar olar!
Gen dünya başına daim dar olar!
Neçə ki sən varsan, Vətən var olar!
Var olsun ellerin, Gəncəm, Gəncəm, hey!..
Elshan Hasanov
Рекомендуемые видео










![Популярная музыка - Слушать лучшую музыку без остановки [Vol.10]](/images/video/cb/4d/cb4deaa25ca14ae250c83a7fa8737fdc.jpg)








