MadeStone

İfrat - Buz Biri

Просмотры:
15 607
Дата загрузки:
13.07.2025 07:00
Длительность:
00:03:27
Категория:
Музыка

Описание

İfrat - Buz Biri

Lyricst: İfrat Dünyamalıyev
Music: İfrat Dünyamalıyev
Arang: İsmayıl Əlizadə
Rejissor: Sənan Hüseynov
Aktrisa: Gülnar Bağırova
Aktyor: Əli Mürşüdov

Mahnı sözləri:

(Bənd)
Dağ deyib güvəndiyin insan kiridi,
Etdin əlindən gələni, dağ əridi.
Getməyin ən doğru qərar oldu sənin,
Sıra ayağından gələni etmək idi.

Xəyanətdən üşüdü ən əvvəl bədənim,
Soyudum ardınca, düşündüm dirənim.
Bir az sonra başladım hiss etməməyə,
İçimdəki adam donaraq öldü mənim.

(Nəqarət)
Sən yanaqları gülən zaman batan adam,
Mən o boşluğa cavanlığın atan adam.
Sən uzun-uzun küsəndə kin tutan adam,
Mənsə səndən inciyəndə tərs yatan adam.
Ey dəyər verib yanıldığım ucuz biri,
Eşq itirməyiylə bağlı qorxusuz biri.
Sən rahatca tərk edən o qəlbi buz biri,
Mənsə gözləyən yol hər ayın otuz biri.

(Bənd)
Sıxıram hər gün daşa dönmüş ürəyi,
Çoxdur onun səhvi, ümidsiz diləyi,
Ən böyük xəta sənə aşiqliyidir,
Ən böyük israf da zaman xərcləməyi.

Gözlərim hələ görmür ki yıxılmışam,
Qəbul etmək istəmir ki yanılmışam,
Bir vaxt ölərdim düşünmədən öl desən,
Yaxşı ki deməmisən indi ayılmışam.

(Nəqarət)
Sən yanaqları gülən zaman batan adam,
Mən o boşluğa cavanlığın atan adam.
Sən uzun-uzun küsəndə kin tutan adam,
Mənsə səndən inciyəndə tərs yatan adam.
Ey dəyər verib yanıldığım ucuz biri,
Eşq itirməyiylə bağlı qorxusuz biri.
Sən rahatca tərk edən o qəlbi buz biri,
Mənsə gözləyən yol hər ayın otuz biri.

Kanalda yayımlanan bütün audio və video məzmunların müəllif hüquqları "NK Media" şirkətinə məxsusdur. Nüsxələnməsi və təkrar yayımı qəti qadağandır!

Авторские права на весь аудио- и видеоконтент, транслируемый на канале, принадлежат компании «NK Media». Копирование и распространение строго запрещено!

The copyright of all audio and video content broadcast on the channel belongs to the "NK Media" company. Copying and rebroadcasting is strictly prohibited!

Business Contact: rutube@nkmedia.az

© NK Media
℗ NK Media

Источники: